Con Lennonun eynəyi hərracda 183 min dollara satılıb


Dünya 14 Dek 2019 06:21:14 118 0

Con Lennonun eynəyi hərracda 183 min dollara satılıb

​Con Lennonun eynəyi 183 min dollara satılıb

Musiqiçi və "The Beatles" qrupunun üzvü Con Lennonun əfsanəvi dairəvi eynəyi hərracda 137,5 min funt sterlinqə (183 min dollardan bir qədər çox) satılıb.

"Report"un məlumatına görə, bu barədə"Sotheby's" Hərrac Evinin saytında bildirilir.

1966-cı ildə Con Lennona Riçatd Lesterin "Mən müharibədə necə qalib gəldim" filmindəki roluna hazırlıq üçün verilib. Tezliklə bu aksessuar musiqiçinin obrazıyla möhkəm assosiasiya edilməyə başlayıb.