Ermənistanda həftə ərzində orta məktəblərdə üçüncü bıçaqlanma hadisəsi olub


Dünya 14 Dek 2019 03:24:46 124 0

Ermənistanda həftə ərzində orta məktəblərdə üçüncü bıçaqlanma hadisəsi olub

​Ermənistanda həftə ərzində orta məktəblərdə üçüncü şagird bıçaqlanıb

Ermənistanda orta məktəbdə növbəti bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, bu barədə "Shamshyan" portalı bildirib.

Qeyd edilir ki, hadisə paytaxt Yerevanın Malatia rayonundakı təhsil müəssisələrindən birində qeydə alınıb. Belə ki, 187 saylı orta məktəbin 12-ci sinif şagirdi, 17 yaşlı Aram Q. həmyaşıdı Arman E-yə bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yerevan Polisinin İstintaq İdarəsində materiallar toplanılır. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Qeyd edək ki, bu, Ermənistanda həftə ərzində orta məktəblərdə baş verən 3-cü bıçaqlanma hadisəsidir. Daha əvvəl Yerevandakı 114 saylı orta məktəbdə də bıçaqlanma hadisəsi qeydəalınıb. Bununla yanaşı, həftənin əvvəlində bu ölkədə məktəblilər arasında mübahisə qanlı hadisə ilə bitmişdi.