Günün qoroskopu: Ətrafdakılarla münasibətlər gərilir


Digərləri 14 Dek 2019 00:01:00 131 0

Günün qoroskopu: Ətrafdakılarla münasibətlər gərilir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Narahatlıqlar çox olacaq, birmənalı olmayan gündür. Bir tərəfdən, xeyli maraqlı işlər olacaq, onların həlli qarşınızda yeni perspektivlər açacaq.  Digər tərəfdən isə istənilən fəaliyyət çox yorucu görünür və bir çoxları işləmək əvəzinə bədbin düşüncələrə qapılmağa üstünlük verirlər.

Buğa - Yaxınlarınızın köməyinə ümid edə bilərsiniz. Çətinliyiniz yaranan zaman onlara müraciət etməkdən çəkinməyin. İstənilən məsələnin ən yaxşı həlli - qüvvələrin birləşdirilməsidir. Problemlərlə təkbaşına savaş cəhdi isə çətin ki, uğurla bitə. Sövdələşmələr bağlamaq, iri alış-veriş etmək məsləhət deyil. Maliyyə məsələlərində ehtiyat, sənədlərin hazırlanmasında səliqə bu gün xüsusilə vacibdir. Diqqətsizlik gələcəkdə ciddi problemlərə səbəb ola bilər. İstənilən, hətta ən xırda, qanun pozuntusu bu gün xüsusilə yolverilməzdir.

Əkizlər - Təəccüblü deyil ki, yox yerdən mübahisə yaranır, fikir ayrılıqları dərinləşir, kimsə güzəştə getmək istəmir. Müxtəlif nəsillərin nümayəndələri bir-birilə dil tapmaqda çətinlik çəkirlər. Atalarla övladların münaqişəsi uzanır. Ciddi maliyyə itkiləri, texnikanın sıradan çıxması, qiymətli əşyaların korlanması mümkündür. Risk etmək, eksperimentlər aparmaq məsləhət deyil.

Xərçəng - Günün ilk yarısı çox pis keçir. Mənfi emosiyalarınız aşıb-daşır, yaxşı əhval-ruhiyyədən danışmağa dəyməz, adəti ruh yüksəkliyiniz də itib. Yaxınlarınızla aranızda ciddi fikir ayrılıqları yarana bilər, sizə elə gəlir ki, kimsə sizi anlamır, sevmir. Axşam emosional gərginlik aradan qalxacaq, cari məsələlərin həlli asanlaşacaq. Pul və ya qiymətli hədiyyələr ala bilərsiniz. Sevdiyiniz adamın xoş sürprizlər etməsi mümkündür. Həyati potensialınız yüksəkdir.

Şir - Mürəkkəb, gərgin, yorucu gündür. Tez-tez boş şeylərə görə əsəbləşir, başqalarının əhəmiyyət vermədiklərini ürəyinizə salırsınız. Yaxınlarınız tez-tez sizə xoşagəlməz hadisələri xatırladır və qəlbinizi incidirlər. Bəzi məişət problemlərinin həlli üçün qohumlarınıza ağız açmalı olacaqsınız.   Əgər bu gün hansısa vacib qərarı verməli olsanız, ciddi maneələrlə qarşılaşacaqsınız. Öz gücünüzü düzgün hesablamağınız vacibdir. Əgər gücünüz yoxdursa, ümumiyyətlə heç nə etməyin.

Qız - Gərəksiz xərclər, maliyyə itkiləri bu vaxt daha çoxdur. İşə köklənmək çətindir, fikriniz Bağdadda xurma dərir. Bir çoxları təklikdə, yaxud təmasları minimuma endirərək məhsuldar işləməyi bacarırlar. Günün ikinci yarısı müsbət tendensiyaların təsiri güclənəcək. Axşam xoş sürprizlər, uğurlu təsadüflər, maraqlı görüşlər gözlənilir. Uzun müddətdən bəri davam edən bir münaqişəni bitirmək şansı var.