Kosmetika qabında ən təhlükəli əşya


Digərləri 13 Dek 2019 23:30:00 128 0

Kosmetika qabında ən təhlükəli əşya

Böyük Britaniyanın Aston Universitetinin mütəxəssisləri qadınların makiyaj qabında olan kosmetik vasitələrin təmizliyini mikroskop altında yoxlayıblar.

Nəticələr həkimləri sözün əsl mənasında heyrətləndirib. Məlum olub ki, bu vasitələrin üzərində çoxlu sayda təhlükəli bağırsaq çöpləri və stafilokokk var.

Son.az saglamolun.az-a istinadən bildirir ki, kosmetik vasitələrin çəkilməsi üçün istifadə olunan sponj və byuti-blenderlər ən təhlükəli gözəllik vasitələr kimi qiymətləndirilib. Araşdırma göstərib ki, bu vasitələrin üzərində olan mikrobların sayı 1 mm-də 1 mln. (!) çatır.