Velosiped istehsalı üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr idxal gömrük rüsumundan azad edilib


Digərləri 13 Dek 2019 23:10:00 180 0

Velosiped istehsalı üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr idxal gömrük rüsumundan azad edilib

Azərbaycana sənaye yığımı məqsədilə velosipedlər üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr 15 faiz idxal gömrük rüsumundan azad edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 1 il müddətində qüvvədədir.