Gündə 3 fincan qəhvə içmək ölüm riskini azaldır ARAŞDIRMA


Digərləri 13 Dek 2019 23:05:00 146 0

Gündə 3 fincan qəhvə içmək ölüm riskini azaldır  ARAŞDIRMA

Gündə 3-4 fincan qəhvə içmək sağlamlıq üçün faydalıdır.

Son.az medicina.az-a istinadən xəbər verir ki, bu haqda Britaniya Tibb Jurnalı nəşrində dərc olunmuş yazıda bildirilib. Aparılan tədqiqatların nəticəsində məlum olub ki, qeyd edilən miqdarda gündəlik qəhvə içmək ciyər xəstəlikləri və infarktın, eləcə də xərçəngin bəzi növlərinin yaranması riskini azaldır.

Araşdırmada eyni zamanda qeyd olunur ki, hamilələlik dövründə çox qəhvə içmək ziyanlı ola bilər. Ekspertlər bildirir ki, kofeni dərman əvəzinə xəstəliyin qarşısnı almaq üçün qəbul etmək də məsləhət deyil.

Southampton Universitetinin əməkdaşları qəhvənin insan orqanizminə təsirini tədqiq edən 200-dən çox elmi araşdırmanın nəticələrini nəzərdən keçirərək yuxarıda qeyd olunmuş müəyyən nəticələrə gəlib.

Qeyd olunub ki, qəhvə içməyənlərlə müqayisədə gündə 3 fincan içənlərdə ürək xəstəliyinin yaranması və ya bu növ xəstəliklərdən ölmə riski azalır. Qəhvə içməyin ən böyük xeyri isə ciyər xərçəngi riskinin azaldılması hesab olunub.