Azərbaycan serialları Çində satışa çıxarıldı


Digərləri 13 Dek 2019 20:34:00 345 0

Azərbaycan serialları Çində satışa çıxarıldı

Azərbaycan serialları ilk dəfə xaricdə satış üçün sərgiyə qatılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Çində keçirilən Şenzen Beynəlxalq TV serialları sərgisində "Xəzər" TV-də yayımlanan üç serial yer alıb. Bunlar tamaşaçıların maraqla izlədiyi "İmtahan", "Ata ocağı" və "Cehizsiz gəlinlər" seriallarıdır.

Belə ki, ekran işlərinin treyleri bir neçə dilə tərcümə edilib və nümayiş etdirilib. Asiya ölkələrindən sərgiyə qatılan şəxslər seriallarımızı maraqla qarşılayıb. Buna zəmin yaradan isə fərqli mədəniyyətin, bizim üçün sadə görünən gündəlik ailə-məişət mövzusunun onlara fərqli görünməsi olub.