Divara yapışdırdığı ətə 7,2 milyard qiymət qoydu


Dünya 13 Dek 2019 21:14:00 117 0

Divara yapışdırdığı ətə 7,2 milyard qiymət qoydu

Türkiyəli məşhur qəssab Nüsrət Gökçə paylaşımı ilə diqqətləri yenə üzərinə çəkib.

Son.az axşam.az-a istinadən bildirir ki,o, divara yapışdırdığı ətin fotosunu sosial şəbəkədə paylaşıb. Ət parçasına 7,2 milyard lirə qiymət qoyan Nüsrətin paylaşımı yarım milyondan çox bəyənmə alıb.

Qeyd edək ki, bir neçə gün öncə italyan rəssam Mauritsio Katelanın "Art Basel Miami Beach"də quruluş verdiyi "divara yapışdırılmış banan" əsərləri hərracda 120 min dollara satılıb.