Bakıda şirniyyat sexi qarət edildi, 150 min manatlıq avadanlıq oğurlandı


Kriminal 13 Dek 2019 21:09:00 228 0

Bakıda şirniyyat sexi qarət edildi, 150 min manatlıq avadanlıq oğurlandı

Bakıda şirniyyat sexi qarət edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib.

Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba, 2 ədəd soyuducu və 2 ədəd xəmir qarışdıran aparat oğurlayıb.