Fransada qasırğa 170 mindən çox evi işıqsız qoydu


Digərləri 13 Dek 2019 20:44:50 143 0

Fransada qasırğa 170 mindən çox evi işıqsız qoydu

Fransada şiddətli qasırğa səbəbi ilə 170 mindən çox ev işıqsız qalıb

Bakı. Fransada şiddətli qasırğa səbəbi ilə 170 mindən çox ev işıqsız qalıb. Trend-in məlumatına görə, ötən gecədən bəri tüğyan edən qasırğa Fransanın 12 departamentini əhatə edib. Həmin departamentlərdə “narıncı” təhlükə səviyyəsi elan olunub. Averon departamentində isə küləyin sürəti saniyədə 40 metrə çatıb.