Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib (FOTO)


Digərləri 13 Dek 2019 20:25:42 232 0

Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib (FOTO)

Azərbaycan Dillər Universitetində DİN-in və Təhsil Nazirliyinin “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda birgə seminar-mühazirə keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində DİN-in və Təhsil Nazirliyinin “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda birgə seminar-mühazirə keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə Nəsimi RPİ-nin əməkdaşları, QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi, KİV-lər iştirak edib. Tədbiri giriş sözü ilə ADU-nun Rektorun məsləhətçisi Anar Osmanlı açıb, sonra söz “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyevə və Nəsimi RPİ- nin inspektoru polis kapitani Yegane Zeynalovaya verilib. O, insan alverinin, sosial hüquqi hadisə kimi ictimai orqanizmin normal inkişafına mane olduğu, insanların sosial davranışlarına, onların iradə azadlığına və psixikasına neqativ təsir etdiyi, insan alverini səbəblərin aradan qaldırılması və bu işin nəzarətdə saxlanılması, habelə onun xəbərdarlığı və profilaktikasında vətəndaşların iştirakı barədə iştirakçılara məlumat vermiş, DİN-nin statistik məlumatını diqqətə çatdırıb. Respublika DİN-nin statistik məlumatlarına görə 2018-ci il ərzində 144(+2) insan alveri cinayətləri müəyyən edilib, 28(+11) nəfərdən ibarət 13(+5) cinayətkar qrup zərərsizləşdirilərək insan alverinin qurbanı olmuş 98(+27) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. Seminar-mühazirə zamanı insan alverinə qarşı mübarizənin təşkilində mühüm faktor kimi qəbul edilən qurbanların cəmiyyətdə ayrıseçkiliyə məruz qalmasının qarşısını almaq, onların təhlükəsizliyini təmin etmək, bu cinayətlərə görə cəzanın labüdlüyünə nail olmaq, habelə maarifləndirmə xarakterli profilaktik tədbirlərin həyata keçirilməsinin zərurətindən məlumat verilib. İnsan alveri ilə mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsi və bu cinayətin qarşısını almaqda ictimai dəstəyin təmin edilməsi “Azərbaycan Respublikasının İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın tələblərindən irəli gəlir.