Ağstafada itkin düşən qızın Gəncəyə qaçırıldığı məlum olub


Digərləri 13 Dek 2019 20:14:00 155 0

Ağstafada itkin düşən qızın Gəncəyə qaçırıldığı məlum olub

Ağstafa rayonunda itkin düşən qız Gəncə şəhərində tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Ağstafanın Qaçaq Kərəm kənd sakini Vəliyeva Minarə Seyfəddin qızı polisə məlumat verərək bildirib ki, qızı Vəliyeva Tünzalə Seyfəddin qızı yaşadığı evdən itkin düşüb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki. T. Vəliyeva Gəncə şəhərinə ailə qurmaq məqsədilə öz razılığı ilə qaçırılıb.

Faktla bağlı araşdırma aparılır.