Komitə sədri: "Zorakılığa məruz qalan qadınlar uzun müddət..."


Digərləri 13 Dek 2019 18:59:00 126 0

Komitə sədri: "Zorakılığa məruz qalan qadınlar uzun müddət..."

"Çox zaman zorakılığa məruz qalan qadınlar uzun müddət susurlar və nəticədə də ağır cinayətlər baş verir. Qadınlar kiçik münaqişə olanda vaxtında müraciət etsə və ailə də nəzarətə götürülsə, belə hadisələr olmaz".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, qadınların çox zaman hansısa zorakılıqla qarşılaşanda müraciət etməməsi ən böyük problemdir.

H.Hüseynova əlavə edib ki, zorakılığa məruz qalan qadınlar Komitəyə üz tutanda onlara məhkəməyə müraciət etmək təklif edilir, amma qadınlar bunu eləmirlər: