Tərtərdə adam öldürməyə cəhd edən şəxs Bakıya qaçarkən saxlanıldı
Digərləri 13 Dek 2019 18:44:00 148 0
Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək Bakıya qaçan şəxs saxlanılıb
Bakı.
Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək məsuliyyətdən yayınmaq üçün paytaxt Bakıya qaçan şəxs daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 9-da Tərtər rayonunda yaşayan Mansur Behbudovun qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar olaraq dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla hadisənin münaqişə zəminində rayonun Seydimli kənd sakini, əvvəllər məhkum olunmuş Sənan Ağazadə tərəfindən törədildiyi müəyyən edilib və onun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə həyata keçirilib və faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Sənan Ağazadənin dekabrın 11-də Binəqədi rayonu ərazisində “Priora” markalı avtomobildə olması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən Sənan Ağazadə və onunla birlikdə olan daha 2 nəfər həmin nəqliyyat vasitəsində saxlanılması təmin edilib.
Mənbə: az.trend.az