Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə idman meydançası tikilib


Sosial 13 Dek 2019 18:38:45 147 0

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə idman meydançası tikilib

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Birlik kəndinin ictimai məktəbinin ərazisində yeni futbol meydançası istifadəyə verilib.

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Birlik kəndinin ictimai məktəbinin ərazisində yeni futbol meydançası istifadəyə verilib.

“Report”un yerli bürosu xəbər verir ki, 40 metrlik süni örtüklü meydança Arveladze Fondu, Türkiyənin Gürcüstandakı səfirliyi və Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı ilə tikilib.

Məktəbin bazasında 25 nəfərdən ibarət futbol komandası da formalaşdırılıb. Komandaya Arveladze Fondunun təyin edəcəyi məşqçi rəhbərlik edəcək.

Meydanşamın açılış mərasimi çərçivəsində komanda üzvlərinə futbol geyimləri vələvazimatlarıtəqdim olunub.

Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili, rayonun sakrebulo sədrinin müavini Rəfi Orucov və digər rəsmi şəxslər iştirak ediblər.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək