DSX: Xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər müəyyən edilib


Digərləri 13 Dek 2019 18:14:00 150 0

DSX: Xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər müəyyən edilib

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib.

Dövlət Sərhəd Xidmətindən (DSX) Son.az-a verilən məlumata görə, bu barədə xidmətin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyən olun­muş, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxla­nılmış, qanunsuz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsiz­ləşdirilib.

Dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanıl­mışdır.