Bakıda polisə odlu silahla müqavimət göstərən şəxs tutulub


Digərləri 13 Dek 2019 18:04:00 131 0

Bakıda polisə odlu silahla müqavimət göstərən şəxs tutulub

Səbail rayonunda ictimai asayişi pozan, Xətai rayonunda isə polisə odlu silahla silahlı müqavimət göstərən şəxslərə qarşı cinayət işləri başlanılıb.

Bakı. Səbail rayonunda ictimai asayişi pozan, Xətai rayonunda isə polisə odlu silahla silahlı müqavimət göstərən şəxslərə qarşı cinayət işləri başlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, daxili işlər orqanları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində baş verən bir neçə cinayət faktının üstü “isti” izlərlə açılıb. Belə ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib. Qeyd edək ki, saxlanılan zaman onlar polis əməkdaşlarına da müqavimət göstəriblər. Bölmədə araşdırma aparılan zaman onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və qohumu Mahmud Məmmədov olmaları müəyyən ediliblər. Hər iki şəxs barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Keçirilən daha bir əməliyyat zamanı isə polis əməkdaşlarına qarşı odlu silahdan istifadəyə cəhd göstərən şəxs tutulub.