AQTA qida məhsulları idxal edən sahibkarlar üçün maraqlı videoçarx hazırlayıb


Digərləri 13 Dek 2019 18:04:02 113 0

AQTA qida məhsulları idxal edən sahibkarlar üçün maraqlı videoçarx hazırlayıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.

Bakı. İlhamə İsabalayeva - Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir. Trend-in məlumatına görə, bu dəfə Agentlik qida məhsullarının idxalı mövzusunda maraqlı videoçarx hazırlayıb. Yeni videoçarxda sahibkarların üzərinə düşən məsuliyyət, onların öhdəlikləri və bu sahədə mövcud qanunvericiliyin tələblərinə diqqət çəkilir. Videoçarxın hazırlanmasında əsas məqsədlərdən biri də qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində sahibkarların maarifləndirilməsi və onlara mövcud qaydaların aşılanmasıdır. Videoçarxda qida məhsullarının idxalı ilə məşğul olan sahibkarların əməl etməli olduğu qaydalarla yanaşı, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunmasında və gələcək nəsillərin sağlam böyüməsindəki sosial məsuliyyətləri də diqqətə çatdırılır. Qeyd edək ki, ölkəmizə idxal olunan qida məhsullarına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət nəzarəti həyata keçirilir və Agentlik fəaliyyətə başladığı gündən bu sahədə geniş maarifləndirmə tədbirləri aparır.