Fransada fırtına elektrik təchizatında fəsadlar törədib


Dünya 13 Dek 2019 17:20:06 135 0

Fransada fırtına elektrik təchizatında fəsadlar törədib

Fransada fırtına elektrik təchizatında fəsadlar törədib

Ötən gecə Fransanın cənub-qərb bölgəsində başlayan güclü külək nəticəsində azı 220 min yaşayış evi elektrik enerjisiz qalıb.

“Report” “The Local”a istinadən xəbər verir ki, Atlantik sahillərini cənginə alan və arabir 140 km/saatadək güclənən fırtına nəticəsində ağacların və tikililərin avtomobillər üzərinə aşması nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilir.

“Enedis” elektrik şəbəkəsi operatorundan ötən gecənin bir vaxtında 400 min yaşayış evinin işıqsız qaldığını, 14 departamentin şiddətli külək və daşqınlara məruz qaldığını bildiriblər. Səkkiz departamentində və həmçinin Korsika adasında daşqın xəbərdarlığı verilib.

“Meteo France” hava proqnozu xidməti həmçinin növbəti 24 saat ərzində Alp bölgəsində, o cümlədən məşhur xizək istirahət yerlərində də fırtına təhlükəsi barədə xəbərdarlıq yayıb. Bundan əlavə, Biarritz və Anqle kimi Atlantik sahillərinin məşhur sörfinq kurortlarında da dəniz kənarına giriş bağlanıb.