ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb


Dünya 13 Dek 2019 17:20:49 138 0

ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb

Amerikalı diplomatın çağırışı ABŞ Senatının "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamə ilə bağlıdır

ABŞ-ın Ankaradakı səfiri Devid Satterfild Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd olunur ki, amerikalı diplomatın çağırışı ABŞ Senatının "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamə ilə bağlıdır.

Daha əvvəl Türkiyə XİN ABŞ Senatının bu qərarınınAnkara-Vaşinqton münasibətlərinin inkişafı üzrə səyləri sarsıtmaq məqsədi daşıdığını bildirib.