DİN magistral yolda sürət həddini endirib


Sosial 13 Dek 2019 17:25:57 139 0

DİN magistral yolda sürət həddini endirib

Dekabrın 12-də axşam saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Daewoo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Dekabrın 12-də axşam saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Daewoo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan kənd sakini, 2004-cü il təvəllüdlü Gülzarə Afiq qızıƏhmədovarayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən əraziyə müvafiq baxış keçirlib və magistral yolun sözügedən hissəsində avtomobillərin hərəkət sürəti saatda 90 km-dən 70 km-ə endirilib, ərazidəki nişanlar yenisi ilə əvəz edilib.

Bundan başqa, Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları kənd sakinlərə ilə görüşərək maarifləndirici söhbətlər aparıb, vətəndaşlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Sakinlərə öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaratmamaları üçün kənd ərazisindəki yeraltı keçiddən istifadə etmələri tövsiyə olunub.