AFFA “danışılmış oyunlar”a görə bir neçə futbolçunun fəaliyyətinə qadağa qoydu


Digərləri 13 Dek 2019 17:27:00 150 0

AFFA “danışılmış oyunlar”a görə bir neçə futbolçunun fəaliyyətinə qadağa qoydu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.

Bakı. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir. Trend-in məlumatına görə, AFFA-nın İntizam Komitəsinin qərarına əsasən, birinci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur: Turan Tovuz (I Divizion) 1.Qocayev Sənan – futbolçu 2. Rüstəmov Misir – futbolçu 3. Bağırov Emin – futbolçu 4. Sadıqov İlkin – futbolçu 5. Məmmədov Rüfət – futbolçu 6. Tağıyev Eltay – futbolçu 7. Quluzadə Şahin – futbolçu Ağsu (I Divizion) 1. Kərimov Rəşad – İcraçı direktor 2. Bayramov Kənan – qapıçılar üzrə məşqçi 3. Hacıyev Ənvər – klubun işçisi 4. Əliyev Ramil – futbolçu 5. İbrahimov Vüsal – futbolçu 6. Əmrahov Qalib – futbolçu 7. Əliyev Elçin – futbolçu 8. Əliyev Məhəmməd – futbolçu 9. Həşənov Şamo – futbolçu 10. Mirzaliyev Ruslan – futbolçu 11. Quliyev Orxan – futbolçu 12. Rəhimov Fərrux – futbolçu 13. Həşimov Elçin – futbolçu 14. Babayev Malik – futbolçu 15. Kərimov Ramil – futbolçu 16. Mustafayev Vüsal – futbolçu 17. Məmmədov Kənan – futbolçu Zirə (I Divizion) 1. Əliyev Səbuhi – futbolçu Uğur FK (region liqası) 1. Məhərrəmov Cəmşid – futbolçu Ağsu Siti (region liqası) 1. Alhüseynli Tuqay – futbolçu Alyans FK (region liqası) 1. Rəhimli Cəmil – futbolçu Qeyd edək ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.