Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur


Digərləri 13 Dek 2019 17:19:00 110 0

Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur

Bakıda keçirdiyi qəza ilə bağlı Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə O.Gülalıyevin oğlu Təbriz Gülalıyev xəbər yayıb. O bildirib:

"Atam Oktay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur. Son 2 gündə qızdırması olmayıb və nəfəs alması yaxşılaşıb. Həmçinin, böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir. Tez bir zamanda daha yaxşı xəbərlər vermək diləyi ilə.

Atama dəstək olan hər kəsə ailəmiz adından öz dərin təşəkkürümü bildirirəm!".