İstirahət günlərinə olan hava proqnozu açıqlanıb


Sosial 13 Dek 2019 16:49:34 126 0

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb.&

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən "Report"a verilənməlumatına görə,Böyük və Kiçik Qafqazdahava əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturu gecə 2 dərəcəşaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasındahava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Havanın temperaturu gecə 5-8, gündüz 8-12, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 2 dərəcəşaxtadan 3 dərəcəyədək isti, dağlqı ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub küləyi əsəcək.Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq.