Mingəçevirdə aksizi olmayan naringi araqları aşkarlandı


Digərləri 13 Dek 2019 15:44:00 107 0

Mingəçevirdə aksizi olmayan naringi araqları aşkarlandı

Vergi orqanları ölkə ərazisində aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların istehsalı və satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirirlər.

Vergilər Nazirliyindən Son.az-a verilən məlumata görə, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə Mingəçevir şəhərində yaşayış evlərinin birində kustar üsulla alkoqollu içkilərin hazırlanması barədə əməliyyat məlumatı daxil olub. Vergi xidmətinin əməkdaşları tərəfindən Mingəçevir şəhər məhkəməsinin 5 dekabr 2019-cu il tarixli qərarına əsasən Yusubzadə Şəmsəddin Rəzəddin oğlunun yaşadığı Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, ev 8, mənzil 4 ünvanında baxış keçirilib.

Baxış zamanı Ş.Yusubzadə tərəfindən mənzilin sanitar qovşağında antisanitar şəraitdə süzülərək kustar üsulla doldurulmuş 20 ədəd müxtəlif həcmli, 4 ədədi isə 10 litrlik şüşə qablarda və 1 ədəd 3 litrlik şüşə qabda naringi şirəsi qatılmış alkoqollu içkilər, 5 ədəd içki süzmək üçün qıf və 16 kisə boş butulkalar aşkar edilərək götürülüb. Aşkar edilmiş içkilərin tərkibinin müəyyənləşdirilməsi məqsədilə laboratoriyaya nümunələr göndərilib.