Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ...


Digərləri 13 Dek 2019 15:24:00 116 0

Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ...

"Bakının Sabunçu rayonunda analığı və atası tərəfindəm işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma memorandumun imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, araşdırma Komitə, Baş Prokurorluq və İcra hakimiyyəti tərəfindən aparılır:

"Bununla bağlı çox ciddi iş gedir. Bu hərəkətə yol verən şəxslər təbii ki, cəzalandırılacaqlar".