Çimnazın ATVnin efirindəki hərəkətləri tənqid olundu


Şou-biznes 13 Dek 2019 14:09:00 239 0

Çimnazın ATVnin efirindəki hərəkətləri tənqid olundu

Aktrisa Çimnaz Sultanova ötən gün "ATV səhər" proqramında qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, veriliş zamanı fotosessiyalar barədə söhbət açılıb.

Bu zaman proqramın aparıcıları digər qonaq fotoqraf Niko Abbasovdan aktrisanın şəkillərini çəkməyi istəyib. Canlı yayım zamanı Ç.Sultanova pozlar verib. Daha sonra bu görüntülər sosial şəbəkədə paylaşılıb.

Ancaq video istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar sənətçini hərəkətlərinə görə tənqid ediblər.