Türkiyə Prezident Administrasiyası ABŞ Senatının qərarına münasibət bildirdi:


Dünya 13 Dek 2019 13:47:00 157 0

Türkiyə Prezident Administrasiyası ABŞ Senatının qərarına münasibət bildirdi:

Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter" səhifəsində ABŞ Senatının 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamə layihəsini qəbul etməsi ilə bağlı paylaşım edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, F.Altun ABŞ Konqresinin üzvlərindən bəzilərinin məsələ ilə bağlı münasibətinin Türkiyə-Amerika əlaqələrinə xələl gətirdiyini söyləyib:

"Dünən Senatın Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi sanksiya qərarı və bu gün Senatdan keçən qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsi ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alır. Sülh Çeşməsi əməliyyatı başladığı gündən bəri hərbi əməliyyatımızın səbəb və məqsədlərini amerikalı həmkarlarımıza çatdırmışıq. Sanksiyalar və təhdidlər bizi milli təhlükəsizlik maraqlarımızı qorumaqdan çəkindirməyəcək. ABŞ Konqresinin bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduqları üçün milli təhlükəsizliyimizlə bağlı güzəştə getmək niyyətində deyilik".

F.Altun əlavə edib ki, YPG ilə ittifaq qurmaq əvvəldən bəri ağılsız siyasət idi: "Terror təhdidləri qarşısında vətəndaşlarımızın təhlükəsizliyini və rifahını təmin etməyə davam edəcəyik: