Evli qadınla görüşə gələn kişidən dəhşətli əməl


Kriminal 13 Dek 2019 13:49:00 156 0

Evli qadınla görüşə gələn kişidən dəhşətli əməl

Bakıda sevgi münasibətində olduğu qadının ərini bıçaqlamaqda ittiham edilən 1992-ci il təvəllüdlü Seyran Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mahmud Ağalarovun icraatına verilib. Bu cinayət işi üzrə yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Sabunçu rayonu Ramana qəsəbəsində 1998-ci il təvəllüdlü Cəfər Əhmədov Seyran Əliyev tərəfindən bıçaqlanıb. Məlum olub ki, Seyran Əliyev Cəfər Əhmədovun həyat yoldaşı ilə qeyri-rəsmi münasibətdə olub.

Seyran Əliyev qadınla onların evində görüşən zaman Cəfər Əhmədov evə daxil olub. Onların arasında dava düşüb. Bu zaman Seyran Əliyev masanın üzərindəki bıçağı götürərək Cəfər Əhmədova zərbə endirib.