Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi


Digərləri 13 Dek 2019 12:47:00 124 0

Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç vəzifəsindən azad edilib.

Bakı. Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilib. Trend-in məlumatına görə, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib. Qurum bu ilin əvvəlindən yığmanı çalışdıran xorvatiyalı mütəxəssisin işini qənaətbəxş hesab etməyib. Buna görə də müqaviləsi fevralda başa çatacaq baş məşqçi vaxtından əvvəl istefaya göndərilib.