Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib


Digərləri 13 Dek 2019 12:25:00 127 0

Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

Bakı. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, rəsmi statistikaya görə cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2,1% təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 3,6% olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 15,7%, kənd təsərrüfatında 7,3% artım müşahidə olunub. Daxili tələbin genişlənməsinin əsas faktorları dövlətin sosial xərclərinin artması və kredit aktivliyinin tədricən yüksəlməsidir. Sosial yönümlü fiskal stimulların genişlənməsi şəraitində əhalinin nominal gəlirləri 10 ayda ötən ilin eyni dövrünə nəzərən 6,9% artıb ki, bu da illik inflyasiyanı əhəmiyyətli üstələyir. Real sektor monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi noyabrda ötən ayla müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorlarında artım, xidmət sektorunda isə (mövsümi faktor) nisbi sabitlik meyli nümayiş etdirib.