Bakıda kişiləri tovlayan qızlar peyda olub


Digərləri 13 Dek 2019 12:19:00 110 0

Bakıda kişiləri tovlayan qızlar peyda olub

Bakıda fırıldaqçı qızlar peyda olub.

Son.az xəbər verir ki, oxucular criminal.az-a bildiriblər ki, iki cavan qız kişi sürücülərin mərhəmətinə sığınaraq pul əldə edirlər. 

Gürcüstandan olan iki qız yolda maşını saxlayaraq benzinin bitdiyini və onlara köməklik edilməsini xahiş edir. Sürücülər benzin vermək istəsə də, onlar pul tələb edirlər.

Müraciət edən sürücülərdən biri deyir ki, ''Azneft'' meydanı yaxınlığında həmin qızlar ona əl edərək saxladıb. Benzininin bitdiyini deyərək köməklik istəyib. Öz növbəsində ona benzin vermək istəsə də, qızalar israrla pul verməsini xahiş edib.