ABŞ səfiri Azərbaycanın seçkilərə beynəlxalq müşahidəçilər dəvət etmək qərarını alqışlayıb


Siyasət 13 Dek 2019 11:50:47 120 0

ABŞ səfiri Azərbaycanın seçkilərə beynəlxalq müşahidəçilər dəvət etmək qərarını alqışlayıb

"Azad və demokratik seçkilər Azərbaycanın irəliləməsinə imkan verə bilər"

Örl Litzenberger

"Azərbaycan hökumətininin növbədənkənar parlament seçkilərinin gedişatını izləmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının nümayəndələrini dəvət etmək qərarını alqışlayıram".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger hökumətinMilli Məclisə növbədənkənar seçkilərə beynəlxalq müşahidəçilər dəvət etmək qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, azad və demokratik seçkilər Azərbaycanın irəliləməsinə imkan verə bilər.

ABŞ səfiri həmçinin yeni parlamentdə daha çox qadının, o cümlədən sahibkarlar-qadınların olacağına ümid etdiyini bildirib.