ABŞ səfiri: "Senatın "erməni soyqırımı" ilə bağlı qətnaməsi Ağ Ev siyasətini əks etdirmir"


Siyasət 13 Dek 2019 11:36:01 110 0

ABŞ səfiri: "Senatın "erməni soyqırımı" ilə bağlı qətnaməsi Ağ Ev siyasətini əks etdirmir"

"Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik"

"ABŞ Senatı tərəfindən "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger deyib.

"Bu qətnamə qanunverici orqanın sənədidir. Senat bu məsələ ilə bağlı qərar qəbul edib və biz bunu nəzərə almalıyıq", - o deyib.

Səfir həmçinin ABŞ və Türkiyənin, o cümlədən NATO çərçivəsində də müttəfiq olduqlarını vurğulayıb: "Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik".