Rusiyada avtoqəza:


Dünya 13 Dek 2019 11:39:00 136 0

Rusiyada avtoqəza:

Rusiyanın Soçi şəhərində "Volkswagen Polo" və "Range Rover" markalı avtomobillərin qarşı-qarşıya toqquşması nəticəsində dörd nəfər ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, qəza səhər saat 06:00 radələrində Krasnaya Polyanadakı Adler - Alpika-Servis magistralının 20-ci kilometrliyində qeydə alınıb.

Avtoqəza nəticəsində "Volkswagen"in sürücüsü və üç sərnişini ölüb. "Range Rover"in sürücüsü isə xəstəxanaya çatdırılıb.