Azərbaycan XİN başçısının müavini QDİƏT iclasında iştirak edəcək


Siyasət 13 Dek 2019 11:29:25 108 0

Azərbaycan XİN başçısının müavini QDİƏT iclasında iştirak edəcək

Bu gün Yunanıstan paytaxtı Afinada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçiriləcək

Bu gün Yunanıstan paytaxtı Afinada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçiriləcək.

"Report" təşkilatın saytına istinadən xəbər verir ki, iclasda nazirlər QDİƏT çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, qurumun müasir çağırışlara uyğunlaşdırılması və adaptasiyası, QDİƏT ilə Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyət, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

İclas zamanı Şuraya sədrlik yarım il müddətinə Rumıniyaya keçəcək. Rumıniya gələn il yanvarın 1-dən iyunun 30-dək sədr olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasında Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.

Qeyd edək ki, QDİƏT Qara dəniz regionu ölkələrinin 1999-cu ildə yaradılan beynəlxalq regional iqtisadi təşkilatdır. Onun tərkibinə Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna daxildir.