Aparıcı evinə qonaq gələn uşağı zorlayıb "Olanları anana demə..."


Dünya 13 Dek 2019 10:47:00 128 0

Aparıcı evinə qonaq gələn uşağı zorlayıb  "Olanları anana demə..."

Pedofillikdə ittiham olunan aparıcıya hökm oxunub.

Mili.Az xarici mətbuata istinadla xəbər verir ki, Kaliforniyalı aparıcı Christopher Dionne ötən ilin noyabr ayında evində qalan azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Ev təmiri ilə bağlı yayımlanan "HGTV" (Home Design, Decorating and Remodeling Ideas) verilişinin keçmiş aparıcısı Christopher Dionne zorladığı qızın çılpaq şəkillərini də çəkib.

Hazırda 12 yaşı olan qız məhkəmədə başına gələnləri danışıb. O, bildirib ki, aparıcının qızının ən yaxın rəfiqəsi olub və iyrənc olay onların evində qalarkən baş verib. Qızın dediyinə görə alt paltarında qarşısına çıxan aparıcı onun sinəsinə və intim yerlərinə toxunub. O, daha sonra qıza "olanları anana demə, yoxsa məni tutarlar, qızım atasız qalar", - deyib.