Bakıda 12 yaşlı ruhi xəstə uşaq itkin düşdü


Digərləri 13 Dek 2019 10:14:00 127 0

Bakıda 12 yaşlı ruhi xəstə uşaq itkin düşdü

Bakıda ruhi xəstə olan azyaşlı itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsindəki 10 saylı yataqxanada baş verib.

Həmin yataqxananın 43-cü mənzilində yaşayan, 2007-ci il təvəllüdlü əqli qüsurlu İlkin Rövşən oğlu Canqayev yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.