Novxanıda 3 otaqlı ev yanıb


Digərləri 13 Dek 2019 09:15:00 112 0

Novxanıda 3 otaqlı ev yanıb

Novxanı kəndində 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.