Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb


Digərləri 13 Dek 2019 09:14:00 113 0

Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb

2019-cu ilin üçüncü rübündə Azərbaycan turistlərinin Gürcüstanda xərcləri adambaşına 524,5 lari (180 dollara yaxın) təşkil edib

Bakı. Tamilla Məmmədova - 2019-cu ilin üçüncü rübündə Azərbaycan turistlərinin Gürcüstanda xərcləri adambaşına 524,5 lari (180 dollara yaxın) təşkil edib. Trend bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatına istinadən məlumat verir. Rüblük müqayisədə azərbaycanlı turistlərin xərcləri 26 faiz artıb. Üçüncü rüb ərzində Gürcüstanda daha çox Rusiya (adambaşına 1 323 lari) və Türkiyə vətəndaşları (adambaşına 816 lari) vəsait xərcləyib. Ümumilikdə hesabat dövründə turistlər Gürcüstanda 3,3 milyard lari (1,1 milyard dollardan çox) xərcləyib.