Böyük Britaniyada parlament seçkilərində mühafizəkarlar qalib gəlir exit poll


Dünya 13 Dek 2019 08:59:00 108 0

Böyük Britaniyada parlament seçkilərində mühafizəkarlar qalib gəlir  exit poll

Böyük Britaniyada keçirilən parlament seçkilərində Mühafizəkarlar Partiyası mütləq çoxluğu qazanaraq 650 yerdən 368 yeri əldə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "exit poll"un yaydığı məlumatda deyilir.

Leyboristlər Partiyası 191 yer qazanıb, üçüncü yerdə - Şotlandiya Milli Partiyasıdır (55 mandat).