Çilidə prezidenti impiçment etmək üçün yol verilmədi


Dünya 13 Dek 2019 08:40:00 105 0

Çilidə prezidenti impiçment etmək üçün yol verilmədi

Çili Parlamentinin Deputatlar Palatası (aşağı palatası) Çili Prezidenti Sebastian Pinyeraya qarşı ittihamların irəli sürülməsinə razılıq verməyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə aşağı palatanın mətbuat xidməti bildirib.

İttihamların irəli sürülməməsinə 79 nəfər səs verib, 73 nəfər əleyhinə olub:

"Beləliklə, prezident Sebastian Pinyeraya qarşı heç bir konstitusiya ittihamı irəli sürülməyib".