Türkiyə ABŞ Senatı tərəfindən qondarma "erməni soyqırımı" barədə qətnamə qəbul edilməsini qınayıb
Dünya 13 Dek 2019 07:57:00 121 0
ABŞ Senatının Osmanlı İmperiyasında qondarma "erməni soyqırımı"nın tanıması ilə bağlı qəbul etdiyi qərarın Ankara və Vaşinqton arasındakı ikitərəfli əlaqələrin gələcəyinə təhdid edir.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun öz "Twitter" səhifəsində bildirib.
F.Altun deyib: "ABŞ Konqresinin bəzi üzvlərinin davranışı Türkiyə-Amerika münasibətlərinə zərər verir. Dünən ABŞ Senatının Xarici əlaqəlar Komitəsi tərəfindən təsdiq edilmiş sanksiyalar paketi və [1915-ci ildə Osmanlı İmperiyasında "erməni soyqırımı" nın tanınması haqqında] Ermənistan Senatının bu gün qəbul etdiyi qətnamə ikitərəfli münasibətlərimizin gələcəyinə təhdid edir".
Mənbə: milli.az