Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölən altı nəfərin cəsədi tapılıb


Dünya 13 Dek 2019 07:30:00 113 0

Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölən altı nəfərin cəsədi tapılıb

Yeni Zelandiyanın Ağ Adasında (White Island) vulkan püskürməsi nəticəsində həlak olan altı nəfərin cəsədi tapılıb

Yeni Zelandiyanın Ağ Adasında (White Island) vulkan püskürməsi nəticəsində həlak olan altı nəfərin cəsədi tapılıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya polisi məlumat yayıb.

Qeyd edək ki, vulkan püskürməsi 9 dekabr tarixində baş verib. Polisin bildirdiyinə görə, hadisə zamanı adada Yeni Zelandiya, Avstraliya, Böyük Britaniya, ABŞ, Çin və Malayziyadan gələn47 turist olub. Ağ Adada vulkan püskürməsi nəticəsində 8 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Əvvəlcə 8 nəfərin itkin düşdüyü bildirilirsə də, onların cəsədinin axtarışlarına başlanılıb.

Hal hazırda Yeni Zelandiyanın yanıq mərkəzlərində 17 nəfər müalicə alır. Onlardan 13-nün vəziyyəti ağırdır. 11 yaralı Avstraliyadakı tibb müəssisələrinə aparılıb. Üç nəfərə isə ilkin tibbi yardım göstərildikdən xəstəxanalardan evə buraxılıb.

Ağ Ada Yeni Zelandiyanın yeganə aktiv vulkanıdır. Vulkanda sonuncu aktivlik 2012-ci ilin sonu 2013-cü ilin əvvəlində qeydə alınıb. Ora dünyanın ən çox ziyarət edilən vulkan adalarından biridir.