2020ci ildə qlobal neft tələbatı sutkada 101,5 milyon barrel olacaq


Digərləri 13 Dek 2019 07:28:00 118 0

2020ci ildə qlobal neft tələbatı sutkada 101,5 milyon barrel olacaq

Gələn il qlobal neft tələbatının gündəlik 101,5 milyon barrel olacağı gözlənilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2020-ci ildə qlobal neft tələbatı bu ilə görə 1 milyon 300 min barrel artaraq sutkalıq orta hesabla 101 milyon 500 min barrel təşkil edəcək. Agentlik əvvəlki proqnozunda gələn il üzrə neft tələbatının sutkalıq artım tempinin 1 milyon 200 min barrel planlaşdırırdı.

IEA-ya görə, neftə olan gündəlik tələbatda 36 milyon 700 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 200 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.