Tacikistanda fərdi qaydada qızıl, gümüş və qiymətli daşların çıxarılmasına icazə verilib


Dünya 13 Dek 2019 07:00:00 131 0

Tacikistanda fərdi qaydada qızıl, gümüş və qiymətli daşların çıxarılmasına icazə verilib

Tacikistanda fərdi qaydada qızıl, gümüş və qiymətli daşların çıxarılmasına icazə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlət balansında olmayan sahələrdə yerli hakimiyyət orqanlarından icazə sənədi almaqla qazıntı işləri aparmaq olar.

Fiziki şəxslərin qazıntı aparacaqları vadilər, çay kənarları, dağ ətəkləri Tacikistanın Baş Geologiya İdarəsi tərəfindən müəyyən olunacaq.

Çıxarılmasına icazə verilən əlvan və qiymətli metallar arasında qızıl, gümüş, platin, volfram, titan, qalay, loparit, monasit, basnezit və ksenotim var.

Qiymətli və yarımqiymətli daşlardan rubin, sapfir, xrizolit, topaz, berill, nefrit, aqat, kvars qrupu, sürmə və s. çıxarmağa icazə verilib.