İraqda daha 6 etirazçı öldürülüb


Dünya 13 Dek 2019 06:16:00 141 0

İraqda daha 6 etirazçı öldürülüb

İraqın paytaxtı Bağdad şəhərində naməlum şəxslər etirazçılara növbəti dəfə atəş açıb

İraqın paytaxtı Bağdad şəhərində naməlum şəxslər etirazçılara növbəti dəfə atəş açıb.

“Report” xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

“Təhrir” meydanında baş verən silahlı insident nəticəsində altı nəfər öldürülüb.

Qeyd edək ki, ölkədə 1 oktyabrdan başlayan etirazlarda 510 nəfər öldürülüb, 21 min nəfər xəsarət alıb.