Dünya üzrə borclar artır


Dünya 13 Dek 2019 06:15:00 129 0

Dünya üzrə borclar artır

Beynəlxalq Maliyyə İnstitutunun (BMİ) məlumatına görə, 2019-cu ilin birinci yarısında dünya üzrə borcların ümumi məbləği rekord səviyyəyə çataraq 250 trilyon dollara bərabər olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu yeni rekord dünya üzrə ÜDM-in 240 faizinə bərabərdir.

Makroiqtisadiyyat məsələləri üzrə ekspert Peter Faro AZƏRTAC-ın müxbiri ilə söhbətində bu rekordu şərh edərək bildirib ki, dünya üzrə borcun artmasının 60 faizi Çinin və ABŞ-ın "təqsiri" üzündən yaranıb. P.Faro BMİ-nin bir xəbərdarlığını da xatırladıb ki, dünya üzrə borclar dünya iqtisadiyyatından daha sürətlə artır. Aşağı faiz dərəcələri borcları daha şirnikləndirici edir. İnkişaf etmiş ölkələrin hökumətləri bu artıma görə birbaşa məsuliyyət daşıyırlar, "üçüncü dünya" ölkələrində borcun artması isə özəl müəssisələrin fəaliyyəti ilə bağlıdır.