Hərbçilərə hücum edən şəxs 30 illik azadlıqdan məhrum edilib


Dünya 12 Dek 2019 22:42:00 112 0

Hərbçilərə hücum edən şəxs 30 illik azadlıqdan məhrum edilib

Fransada andlı iclasçılar məhkəməsinin qərarı ilə 2015-ci ildə Nitsada hərbçilərə bıçaqla hücum edən Musa Kulibali 30 illik cəzaya məhkum edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Le Monde" qəzeti yazıb.

Məlumata əsasən, Kulibali əməlindən tövbə etməyib.

Bildirilib ki, həmin şəxs 2015-ci ilin fevralında yəhudi icma mərkəzinin yaxınlığında əsgərlərə hücum etmişdi.