TAP layihəsinin 90,7 faizi reallaşdırılıb


Digərləri 12 Dek 2019 22:44:00 97 0

TAP layihəsinin 90,7 faizi reallaşdırılıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 90,7 faizi başa çatıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, hazırda layihənin reallaşdırılması boru kəmərinin tikintisi mərhələsi ilə davam etdirilir:

"Hər gün TAP marşrutu boyunca yüzlərlə metr ərazi təmizlənir, borular qaynaq olunaraq yerləşdirilir. İşlər qrafikə uyğun davam etdirilir. Noyabrın sonuna olan vəziyyətə görə, layihənin 90,7 faizi başa çatıb".